Ukraynada gərgin toqquşmalara səhnə olan Kupyansk istiqamətində Rusiyanın hücumları davam edir
Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun 37 kəndi boşaldılacaq.
SİA əldə etdiyi məlumata görə, yerli mətbuat xəbər verir ki, Kupyansk Rayon Hərbi Administrasiyasının rəhbəri Andrey Kanaşeviç rayonun kəndlərinin boşaldılması barədə qərarı imzalayıb. Qərara əsasən, Kupyanskın 37 yaşayış məntəqəsi boşaldılacaq.
Ukraynada gərgin toqquşmalara səhnə olan Kupyansk istiqamətində Rusiyanın hücumları davam edir.
Ukrayna Baş Qərargahı bildirib ki, son 24 saat ərzində Ukrayna qoşunları Kupyansk istiqamətində Sinkivka və İvanivke yaşayış məntəqələrində Rusiyanın hücumlarının qarşısını alıb. Bu istiqamətdə 10-dan çox yaşayış məntəqəsi Rusiya tərəfindən artilleriya və minaatan hücumlarına məruz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB