Polşa sentyabrın sonuna kimi Rusiya ilə sərhəddə elektron sədd çəkəcək
Polşa Rusiya ilə sərhəddə elektron şlaqbaumun sınaqdan keçirilməsinə başlayıb, Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, onun sentyabrın sonuna kimi tam istifadəyə verilməsi planlaşdırılır.
SİA-nın “İnterfaks”dan əldə etdiyi məlumata görə, idarənin nümayəndəsi jurnalistlərə, hazırda elektron maneənin on iki bölməsindən birincisinın sınaqdan keçirildiyini bildirib.
Növbəti bölmələr isə növbəti həftələrdə ardıcıl olaraq alınacaq. Nümayəndənin sözlərinə görə, “bütün konteynerlər sərhəddə quraşdırılıb, qoruyucu sistemləri birləşdirir”.
Bundan əlavə, Kerzyn şəhərində Sərhəd Mühafizəsinin Varmiya və Mazuri bölməsinin qərargahında kamera və sensorlardan siqnalların qəbul ediləcəyi Müşahidə Mərkəzinin tikintisi başa çatmaq üzrədir.
Polşa Sərhəd Mühafizəsi, səddin qoyulduğu bütün müddət ərzində sərhəddə sakitlik hökm sürdüyünü, heç bir insidentin baş vermədiyini bildirib.
Xatırladaq ki, Polşa 2023-cü ilin aprelində Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində elektron hasarın tikintisinə başlayıb.
Verilən məlumatlara görə, kameralar və hərəkət sensorları sistemi quru sərhədinin təxminən 200 km-də işləyəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB