Gərək ki, bizim o tamaşada buna bənzər bir ifadə işlədilir: “ayə, burada adamı “baqaca qoyan” bilirsiniz nə qədərmiş... ləyənnən!”
Deməli, bu ilin yanvarında, ola bilsin ki, səfərbərliyə “boyun əymək istəməyib” aradan çıxan rusiyalı informasiya texnologiyaları üzrə mütəxəssis Avropaya çatdıqdan bir müddət sonra “Moy danos” adlı internet saytı açıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sayt dizayn baxımından “Qosuslugi” kimi rəsmi rus saytlarına bənzəyir. Amma buna baxmayaraq, tətbiqin təsvirində istifadəçilərdən müşahidə edilən pozuntular barədə məlumat vermələri istənilib.
Sən demə, Rusiyadakı əksər ruslar elə bunu gözləyirmişlər. Belə ki, saytın varlığında xəbər tutan rusların çoxu danos yazaraq, ukraynadakı müharibəni və Rusiya prezidenti Vladimir Putini tənqid etdiklərinə görə qonşuları və ya tanışlarının məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Təkcə onu deyim ki, fəaliyyətə başladığı altı ay ərzində saytda artıq beş mindən çox danos toplanıb.
Xatırladaq ki, ayıq-sayıq rusiyalı vətəndaşlar “xüsusi hərbi əməliyyat haqqında pis danışan” və ya “Putinin adını pisliyə çəkən” qonşuları və ya həmkarları haqqında yazırlar. Çoxları səfərbərlikdən və ya orduya çağırışdan gizlənənlər haqqında, onların kordinatları barədə də məlumat ötürürlər.
Yeri gəlmişkən, sayt tərtibatçısı mesajlardan gələn məlumatların heç yerə sızmayacağına söz verib deyə, saytın varlığından xəbər tutanlar ağına-bozuna baxmadan döşəyirlər gedir...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB