Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində hücum törətməyə hazırlaşan 3 DEAŞ terrorçusu saxlanılıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatı və Suriya Milli Ordusunun (SMO) apardığı birgə işlər çərçivəsində Suriyada terror təşkilatı DEAŞ-ın sıralarında fəaliyyət göstərən terrorçular müəyyən edilib.
Milli Kəşfiyyat Təşkilatının dəstəyi ilə Suriya Milli Ordusuna tabe olan təhlükəsizlik qüvvələrinin ''Sülh çeşməsi'' əməliyyatı bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 3 DEAŞ terrorçusu saxlanılıb.
Əməliyyatlar zamanı çox sayda partlayıcı maddə və silah-sursat da ələ keçirilib.
Milli Kəşfiyyat Təşkilatının Suriya və digər bölgələrdəki terror qruplaşmalarına qarşı mübarizəsini qətiyyətlə davam etdirdiyi, Türkiyenin DEAŞ, Əl-Qaidə və PKK kimi terror təşkilatları arasında heç bir fərq qoymadan terrorla mübarizə əməliyyatlarını davam etdirdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB