Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio seçkiqabağı kampaniyası çərçivəsində keçirdiyi sonra naməlum şəxslər tərəfindən qətlə yetirilib. SİA xəbər verir ki, bu barədə hazırkı Prezident Gilyermo Lasso X (tviter) sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, cinayət cəzasız qalmayacaq.
"El Universo" qəzetinin məlumatına görə, Villavicencio başından üç güllə yarası alıb.
Qeyd edək ki, avqustun 20-də Ekvadorda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB