Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verilir

Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verilir

Pakistan Prezidenti Arif Alvi Milli Assambleyanın aşağı palatasının vaxtından əvvəl buraxılması barədə sənədi təsdiqləyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, sənəd Baş nazir Şahbaz Şərifin göndərişi əsasında qəbul olunub. Bununla da Şahbaz Şərif hökumətinin səlahiyyətlərinə xitam verilir.

İstefa verən Nazirlər Kabinetini əvəz etmək üçün müvəqqəti hökumət yaradılacaq.

Eyni zamanda, müvəqqəti baş nazirin namizədliyi hələ müəyyən edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə