Doqquz milyona yaxın vətəndaş Ukraynanı tərk edib

Doqquz milyona yaxın vətəndaş Ukraynanı tərk edib

Müharibə başlayandan bəri doqquz milyona yaxın vətəndaş Ukraynanı tərk edib. Bu gün altı milyondan çox ukraynalı hələ də xaricdə qalmaqdadır. Qeyd edilir ki, onların iki milyona yaxını öz vətənlərinə qayıtmaq istəyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” BMT-nin hesabatına istinadən bildirir.

Onu da qeyd edək ki, verilən məlumata görə, 350-yə yaxın insan artıq ölkəyə qayıtsa da, lakin onlar öz evlərinə qayıda bilməyib və buna görə də köçkün statusunda qalıblar.

“The Wall Street Journal” yazır ki, Ukrayna İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkədən gedən hər 100 min nəfər ölkənin ÜDM-ni 0,5 faizini azaldır. Geri dönənlərin hazırkı dalğası xaricdə sabit iş və mənzil tapa bilməyənlər və ya yaxın qohumlarını ölkədə qoyub gedənlərdən ibarətdir. İqtisadiyyat Nazirliyi yaxın 10 il ərzində iqtisadiyyatı stimullaşdırmaq üçün dörd milyon yarım iş yeri yaratmağa hazırlaşır.

Qərb ölkələri Rusiyanın xaricdəki dondurulmuş aktivlərinin Ukrayna iqtisadiyyatını bərpa etmək üçün istifadə oluna biləcəyini gözləyir. O cümlədən, Avropa İttifaqı Kiyevə 300 milyard dollar məbləğində vəsait köçürmək üçün sxem hazırlamağı planlaşdırır. Amma hələ ki, vəsaitlərin müsadirə olunmasının hüquqi mexanizmi tapılmayıb.

Bu arada Kreml bəyan edib ki, əgər xarici ölkələr Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək üçün istifadə etmək qərarına gəlsələr, o zaman belə bir addım Moskva tərəfindən açıq oğurluq kimi qiymətləndiriləcək. Rusiya prezidenti Avropa İttifaqının təkliflərini beynəlxalq ticarətin qayda və normalarının pozulması adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə