Almaniyada çərşənbə günü, avqustun 9-da Rusiya xüsusi xidmət orqanlarına casusluqda şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, saxlanılan şəxsin adı Tomas H. Almaniya vətəndaşıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Federal prokurorluq iyulun 27-də həbs qərarı çıxarıb.
İstintaqın məlumatına görə, Tomas H. Koblenz şəhərində Bundesverin Federal İdarəsində avadanlıq, informasiya texnologiyaları və ondan istifadə üzrə işləyib.
2023-cü ilin may ayından etibarən saxlanılan şəxs öz xahişi ilə Rusiyanın Bonndakı konsulluğuna və Berlindəki Rusiya səfirliyinə dəfələrlə müraciət edib. İddialara görə, şübhəli Rusiya diplomatik qurumlarına əməkdaşlıq təklif edib və daha sonra peşəkar fəaliyyəti zamanı əldə etdiyi məlumatları Rusiya tərəfinə ötürüb.
Hazırda şübhəli şəxs həbsdədir. Onu 10 ilə qədər həbs gözləyir.
Verilən məlumatda istintaqın Hərbi Əks-Kəşfiyyat Xidməti və Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsi ilə birgə aparıldığı bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB