ABŞ Konqresi Bayden ailəsinin Rusiyadan pul aldığını üzə çıxarıb

ABŞ Konqresi Bayden ailəsinin Rusiyadan pul aldığını üzə çıxarıb

Amerika Birləşmiş Ştatlarının hazırkı prezidentinin ailəsi Qazaxıstan, Ukrayna və Rusiyadan olan sahibkarlardan maliyyə alıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu xəbər “The New York Post” qəzetinə rəhbərlik edən bank sənədləri haqqında memorandumda yer alıb.

“Memorandum Cozef Baydenin vitse-prezidentliyi dövründə Baydenlərin və onların biznes tərəfdaşlarının Rusiya, Qazaxıstan və Ukraynadan olan oliqarxlardan milyonları necə almasından bəhs edir”.

Yenə də rusların yazdığına inansaq, mesajda belə deyilib.

Qeyd edək ki, Prezidentin oğlu Hunter Baydenin daha çox xarici maliyyə vəsaitindən istifadə etdiyi vurğulanır. Ümumilikdə Konqresin qeydlərinə görə, Bayden ailəsinin göstərilən mənbələrdən təxminən 20 milyon dollar aldığı deyilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə