ABŞ “Vaqner”çilərin Belarusdakı hərəkətlərini izləyir

ABŞ “Vaqner”çilərin Belarusdakı hərəkətlərini izləyir

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Ştatların “Vaqner” PMC muzdlularının Belarusda yerləşdiyi yerdən xəbərdar olduqlarını bildirib.

Onun dediyinə görə, Birləşmiş Ştatlar “Vaqner”çilərin bütün hərəkətlərini izləməkdə davam edir.

“...Əlbəttə, biz “Vaqner” PMC muzdlularının yenidən yerləşdirilməsini gördük”- deyə Dövlət Departamentinin nümayəndəsi Qomel vilayətində “vaqneritlər” üçün yeni düşərgənin tikintisi ilə bağlı məlumatı şərh etmək sorğusuna cavab verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrinform yazır.

Miller, Birləşmiş Ştatların “vaqneritlər”in yerləşdikləri ölkənin maraqlarına zidd hərəkətlərini izlədiklərini və “Vaqner” PMC muzdlularının məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə davam edəcəyini bildirib.

“...Artıq qeyd etdiyimiz kimi, bu qüvvələrin Belarusa gəlişi Lukaşenkonun Belarus xalqının maraq və istəklərinə zidd olaraq nəzarət eləcə də qərar qəbuletmə imkanlarını Kremlə necə ötürməkdə davam etdiyinə daha bir nümunədir”. Bunu da Pentaqon sözçüsü bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə