...Çeçenistan, Dağıstan və Özbəkistandan olan dörd müsəlman məhkum Ulyanovsk vilayətindəki həbsxana işçiləri tərəfindən dini hisslərinin təhqir olunduğunu və təhqir edildiyini iddia ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Vətəndaş yardımı” layihəsinin hüquq müdafiəçiləri yayımlayıblar.
Beləliklə, məhkumları üçü zorakılıq hədəsi altında baş və saqqallarının zorla qırxılması barədə məlumat veriblər. Müsəlmanlar öz inanc adətlərinə uyğun olaraq saqqallarının bir hissəsini saxlaya bilməsinlər deyə, rus nazorları bilərəkdən üzqırxanlar üçün başlıqları sındırıblar.
Məhkumlardan biri belə təraş etməkdən imtina edəndə Federal Penitensiar Xidmətin əməkdaşı onu döyüb. Məhkum etiraz əlaməti olaraq və hüquqlarının kobud şəkildə pozulmasına diqqət çəkmək üçün qabırğalarının arasına itilənmiş məftil yapışdırıb.
Müalicəyə aparılan məhkum xəstəxanadan qayıtdıqdan sonra yenidən döyülüb, şəxsi əşyaları götürülüb, dininə görə təhqir edilib və ona qarşı yeni cinayət işi açılacağı ilə hədələnib.
Qeyd edək ki, Ulyanovsk vilayətinin Federal Penitensiar Xidmətinin bu müəssisəsinə qarşı daha əvvəl şikayətlər daxil olub.
Bu barədə Şimali Qafqazda doğulan məhbuslara yardım proqramının koordinatoru Oyub Titiev məlumat verib.
Məhkumlar bildiriblər ki, Ulyanovskdakı müəssisədə müsəlmanları səcdəgahlarını ləğv edib, Qurani-Kərimi əllərindən alıblar. Aclıq hissi ilə İslam dininin qaydalarına riayət etməmək üçün müsəlmanların yeməklərinə xüsusi olaraq donuz əti qatırlar.
Qeyd edək ki. bir müddət bundan əvvəl “Gulagu.net” layihəsinin yaradıcısı Vladimir Oseçkin və Harvard Universitetinin professoru Vera Mironova Rusiya koloniyalarında müsəlmanlara verilən işgəncələr barədə yazmışdılar.
Yeri gəlmişkən, 2021-ci ildə Münaqişələrin Təhlili və Qarşısının Alınması Mərkəzi “Şimali Qafqaz müsəlmanları Rusiya həbsxanalarında” hesabatını təqdim edib.
Hüquq müdafiəçilərinin fikrincə, Rusiya koloniyalarında ayrı-seçkiliyə ən çox İslam tərəfdarları məruz qalırlar.
Belə ki, onlar digər məhbuslar tərəfindən işgəncə, döyülmə, təzyiqlərlə üzləşirlər.
...Deyirəm, burada adam az qala Hitlerə o vaxt SSRİ ilə bağlı dediklərinə görə “rəhmət oxumaq” istəyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB