Putin sərəncam imzalayıb...

Bu arada 71-ci motoatıcı alayına “Qvardiyaçı” fəxri adı verilib. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

“…Silahlı münaqişələrdə Vətənin və dövlət maraqlarının müdafiəsi istiqamətində döyüş əməliyyatlarında alayın şəxsi heyətinin göstərdiyi kütləvi qəhrəmanlıq və şücaətə, mətanət və şücaətə görə alaya “Qvardiyaçı” fəxri adı verisin”.

Sərəncamda belə deyilir.

Qeyd edək ki, Rusiya lideri bu adın verilməsi münasibətilə alayın şəxsi heyətini təbrik edib. O, bu hadisənin alayın əsgərlərinin qəhrəmanlığının etirafı olduğunu qeyd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə