Türkiyənin İstanbul şəhərində hava limanının işçilərini daşıyan avtobus naməlum səbəbdən idarəetmədən çıxaraq təxminən 6 metr hündürlükdə olan körpüdən boş sahəyə düşüb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və jandarmalar cəlb edilib.
Qəza zamanı avtobusda 47 nəfər olub və hadisə nəticəsində 29 nəfər xəsarət alıb.
Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onların vəziyyəti barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB