Almaniya bir həftə ərzində Ukraynaya Patriot sistemi üçün iki buraxılış qurğusu təhvil verib. Yeni hərbi yardımla bağlı belə məlumatlar Almaniya Müdafiə Nazirliyinin rəsmi saytında açıqlanıb.
Həftəlik yenilənən siyahıya həmçinin İsveç istehsalı olan 10 “Bandvagn 206” tırtıllı relyef maşını, 100 “Heckler & Koch MG5” pulemyotu, 5 zirehli maşın və 4 kəşfiyyat aparatı da daxildir.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna ordusu 10-dan çox hərbi yük maşını, 6 mindən çox 155 mm çaplı tüstü sursatları, 140 min ilk tibbi yardım çantası və 20 min taktiki məntəqə alacaq.
Qeyd edəkm ki, bundan əvvəl “Almaniya üçün Alternativ” Partiyasının deputatı Yevgeni Şmidt bildirmişdi ki, Almaniya hökuməti böyük ehtimalla Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı qərar verəcək. O xatırladıb ki, Berlin əvvəlcə tankları Ukrayna tərəfinə ötürməkdən imtina edib, lakin sonradan mövqeyini dəyişərək “Leopard” tanklarını göndərib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB