Rusiyada partlayışların sayı təxminən beş dəfə artıb

Bunu Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirir
Rusiyada partlayışların sayı təxminən beş dəfə artıb

Rusların Fövqəladə Hallar Nazirliyi 2022-ci ildə Rusiyada son on ildə rekord sayda partlayış baş verdiyini etiraf edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu partlayışlar nəticəsində 55 nəfər ölüb, daha 10647 nəfər yaralanıb.

Rəsmi statistikaya görə, 2012-ci ildən ötən ilə qədər ölkədə baş verən partlayışların, o cümlədən terror aktları və məişət qazının sızması nəticəsində evlərin dağılmasının illik sayı 20-dən çox olmasa da, lakin qurbanların sayı isə yüzlərlə olub.

Ötən il Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 83 partlayış baş verib, onlardan 55-i bomba, raket, mina və ya qumbaraatanlardan istifadə ilə bağlı olub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “Verstka” üçün hesabatını şərh edən “Find Safety Fund” tədqiqat və istehsalat şirkətinin aparıcı eksperti Konstantin Kuznetsov qeyd edib ki, agentlik dövlət sirri təşkil edən partlayışları statistikaya daxil etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə