Belqorod vilayətində atışma nəticəsində yerli sakin həlak olub

Belqorod vilayətində atışma nəticəsində yerli sakin həlak olub

Belqorod vilayətinin Qrayvoronski şəhər rayonunun Qorkovski kəndinin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qladkovun sözlərinə görə, kəndin mərkəzində məktəbin yaxınlığında beş mərmi partlayıb. Küçələrin birində elektrik xətti kəsilib. Evlərin damları, fasadları zədələnib, bəzilərinin pəncərələri sındırılıb.

Qladkov atəşə görə Ukrayna ordusunu günahlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə