Stavropol diyarının Georgiyevsk şəhərində hərbi hissənin ərazisində yanğın baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhər dairəsinin rəhbəri Andrey Zaitsev Telegram kanalında bildirib.
Verilən məlumata görə, sahəsi 300 kvadratmetr olan geyim anbarında yanğın olub. Hərbi hissənin özünün yanğınsöndürmə xidməti hadisə yerində işləyir.
Georgiyevsk və Qoryaçevodsk yanğından mühafizə xidmətlərindən də texnika göndərilib.
Bunları deyən Andrey Zaitsev yanğının nədən baş verdiyi barədə xəbərsiz olduğunu deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB