Kuzbasslı patoloq elektrik xətlərinin zədələnməsinə görə 17,5 il müddətinə azadlıqdan məhrum edilib. Kemerovodan olan 41 yaşlı Aleksandr Çervov üç təxribat epizodunda və terror aktına hazırlıq işində təqsirli bilinib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Ekstremizmsiz Kuzbass” anonim teleqram kanalı yayıb.
Maraqlıdır ki, post sonradan silinib.
Qeyd edək ki, Kuzbass sakininin saxlanması ötən ilin mayında məlum olub. Federal Təhlükəsizlik Xidməti Çervovu Kemerovonun Zavodskoy rayonunda və Kemerovo-Promışlennaya yolunun ərazisində elektrik ötürücü qüllələrin uçması şübhəsi ilə saxlayıb.
Axtarış zamanı onun mənzilində kanistr və benzin butulkaları, selitra, qaz maskaları, Kuzbass və Ukraynanın xəritələri, habelə elektrik ötürücü dirəklərində təxribat hazırlaması barədə yazdığı gündəlik tapılıb.
Maraqlıdır ki, Çervov həbs olunmazdan əvvəl Kuzbass Regional Klinik Xəstəxanasında patoloq kimi işləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB