İstanbul Geyim və Moda Sərgisi qapılarını ziyarətçilərin üzünə açdı

İstanbul Geyim və Moda Sərgisi qapılarını ziyarətçilərin üzünə açdı

Avropanın ən böyük hazır geyim tədbiri olan İstanbul Hazır Geyim və Moda Sərgisi (İstanbul Fashion Connection-IFCO) başlayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyi (İHKİB), İstanbul Ticarət Palatası (İTO) ilə əməkdaşlıq və Ticarət Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi öz qapılarını ziyarətçilərin üzünə açıb.

Avropanın ən böyük hazır geyim yarmarkası olan, qlobal hazır geyim alıcı qrupları və minlərlə alıcını bir araya gətirən və 5 qitədən 30 min alıcıya ev sahibliyi etməsi gözlənilən sərginin açılışı İstanbul Ekspo Mərkəzində ticarət naziri Ömər Bolat və İstanbul valisi Davud Gülün iştirakı ilə reallaşdırılıb.

İstanbul Hazır Geyim və Moda Sərgisi avqustun 11-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə