Rusiya ŞKTC-də konsulluq xidmətləri göstərməyə başlayacaq

Rusiya ŞKTC-də konsulluq xidmətləri göstərməyə başlayacaq

Rusiyanın Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstərməyə başlayacağı bildirilib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənubi Kıbrıs Rum Rəhbərliyi Səfirliyindəki rəsmilərindən biri verdiyi açıqlamada “Yaxın zamanda Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər mütəmadi olaraq həyata keçiriləcək” deyib.

Rusiyanın Kıbrıs adasının şimalında yaşayan Rusiya vətəndaşlarına qarşı öhdəliklərini yerinə yetirməsi üçün sözügedən addımın atılacağına işarə edən rəsmi ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransanın uzun müddətdir Kıbrısın şimalına konsulluq xidməti göstərdiyini qeyd etdi.

ŞKTC-də təxminən 50 min Rusiya vətəndaşının yaşadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə