Rusiya prezidenti Vladimir Putin hərbi vəziyyət və fövqəladə vəziyyət haqqında qanunlara dəyişiklik layihəsini Dövlət Dumasına təqdim edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənəd Dövlət Dumasının məlumat bazasında yer alıb.
Rusiyanın “Kommersant” qəzeti yazır ki, düzəlişlər Rusiyanın Avropa Şurasına hərbi və fövqəladə vəziyyət şəraitində insan hüquqlarına hörmət baxımından beynəlxalq müqavilələrdən kənara çıxması barədə məlumat verməkdən imtinasını nəzərdə tutur.
Halbuki, bundan əvvəl, dəxli yoxdur, hər hansı bir ölkədə hərbi və fövqəladə vəziyyət elan edilməmişdən əvvəl vətəndaşların hüquq və azadlıqları barədə BMT Baş katibi və Avropa Şurasına xəbərdarlıq edilirdi.
Deməli, bundan sonra Rusiya, lori dildə desək, “öz keyfinin ağası” olacaq.
Və belə bir addım atacağı təqdirdə nə BMT Baş katibini, nə də Avropa Şurasına “əziyyət verməyəcək”.
Xatırladaq ki, hərbi vəziyyət Rusiya hakimiyyəti tərəfindən Ukraynanın ilhaqını elan etdiyi dörd regionda - Donetsk, Luqansk, Zaporojye və Xersonda tətbiq edilib. Döyüşlər gedir. Hərbi vəziyyət ötən ilin oktyabrında tətbiq edilib. Putinin bu barədə Avropa Şurasına məlumat verib-vermədiyi məlum deyil - indi dəyişdirilməsi təklif olunan qanuna görə, o, bunu etməyə borclu idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB