Portuqaliyada minlərlə insan təxliyə olunub

Portuqaliyada minlərlə insan təxliyə olunub

Portuqaliyada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib. SİA “The Independent” agentliyinə istinadla xəbər verir ki, ölkədə temperaturun 46 dərəcəyə qalxması güclü meşə yanğınlarına səbəb olub. Nəticədə yanğın səbəbindən 1400-dən çox insan təxliyə edilib, 9 nəfərin xəsarət aldığı bildirilir.

Avqustun 5-də Odemira bölgəsində başlayan meşə yanğınları cənuba doğru, yəni, turizm məkanı olan Alqarveyə qədər uzanıb. Dünən başlayan güclü külək alovu daha da gücləndirib.

Yüzlərlə yanğınsöndürən meşə yanğınları ilə mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə