Rusiyada qəhvə və çay bahalaşacaq

Rusiyada qəhvə və çay bahalaşacaq

Rusiyada qəhvə və çayın qiyməti kəskin çəkildə artacaq. SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” bu məhsulların istehsalçılarından alınan məlumata istinadən yazır ki, payıza qədər bu məhsulların maya dəyərinin artması gözlənilir.

Nəşr qeyd edir ki, rublun ucuzlaşması səbəbindən qiymətlər sentyabr ayından etibarən yüksələ bilər ki, bu da idxalın bahalaşmasına səbəb olacaq

Qeyd edək ki, bu məhsulların istehsalçılarından öndəgedənlərindən biri olan “May” şirkəti artıq pərakəndə satış mərkəzlərinə məktub göndərib. Həmən məktubda şirkət bu məhsulların satış qiymətlərinin 6-9 faiz artmasına işarə edir.

Maraqlıdır ki. məktubda istehsalçı çətin vəziyyətdən şikayətlənir. Mətndə o da vurğulanır ki, qiymət artımı olmadan bunu etmək mümkün olmayacaq, çünki xaricdən gətirilən xammal və materialların ümumi çəkisi 80 faizi ötüb.

Yeri gəlmşkən, rus nəşri çay və qəhvənin qiymətində artımın 20 faizə çatacağını istisna etmir,.. çünki dollarla 75 rubla alınan xammal tükənəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə