2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi BƏLLİ OLDU

2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi BƏLLİ OLDU

“Stage 6 Films” və “Blumhouse Productions”ın birgə istehsalı olan “Astral 5: Red Door” 2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ekran əsəri 182,5 milyon dollar gəlir əldə edərək, əvvəlki lider “M3GAN”ı (180,8 milyon dollar) geridə qoyub.

Ümumilikdə, bu günə qədər “Astral” franşizasındakı filmlər dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib.

Patrik Vilsonun rejissor debütü “Astral 5” isə silsilənin 13 illik tarixində ən çox gəlir gətirən hissə adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə