Bayden dünyanın möcüzələrinin sayını qarışdırıb...

Bayden dünyanın möcüzələrinin sayını qarışdırıb...

Bunlar da Baydendə elə qələt axtarırlar...

...Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden Böyük Kanyonun “doqquzdan biri” olduğunu deyərək dünyanın möcüzələrinin sayını qarışdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, rusların RİA Novosti də o dəqiqə bunu dünyaya car çəkib.

“Böyük Kanyon dünyanın doqquz möcüzəsindən biridir, düşünün, heyrətamizdir. Amerikanın dünyaca məşhur simvoludur”, - deyə Amerika lideri bildirib. Lakin sonradan o dediklərinə düzəliş gətirib.

Böyük Kanyonu dünyanın yeddi möcüzəsindən biri adlandırıb.

Rus saytlarını yazdığına görə, daha əvvəl Bayden qeyd-şərt qoymuşdu ki, Rusiya, xüsusən də “Rusiya ərazisinə bu qeyri-insani hücumları dayandırarsa” “sabah” hərbi münaqişəyə son qoya bilər.

Amma sonradan o“Mən Rusiya tərəfdən Ukraynanı nəzərdə tuturdum”, deyə aydınlıq gətirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə