Gürcü baş nazirə görə, müharibənin günahkarı Rusiya deyil...

Gürcü baş nazirə görə, müharibənin günahkarı Rusiya deyil...

...Baş nazir İrakli Qaribaşvili avqust müharibəsinin ildönümü ilə bağlı matəm günü sabiq prezident Mixail Saakaşviliyə qarşı ittihamlar irəli sürüb.

Qaribaşvili, Muxatqverdidəki kütləvi məzarlıqda çıxış edən “Gürcü Arzusu”nun digər liderləri kimi, Mixail Saakaşvilini “məsuliyyətsiz və xain” siyasəti adlandırıb. Onun dediyinə görə, guya o olmasaydı, müharibənin qarşısını almaq olarmış.

“...Mən sizin bilmədiyiniz və cəmiyyətimizin bilmədiyi çox şeyi bilirəm. Sözümü kəsmə, məni dinləmirsənsə, get buradan”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu yerli jurnalistlərə bildirən baş nazir İrakli Qaribaşvili digər hökumət rəsmiləri və “Gürcü Arzusu”nun liderləri ilə birlikdə Muxatqverdinin kütləvi məzarına gələrək avqust müharibəsi zamanı həlak olanların xatirəsini yad edib.

Baş nazirin fikrincə, müharibənin qarşısını almaq olardı, lakin o vaxtkı Ali Baş Komandan Mixail Saakaşvili bunu etmədi.

Qeyd edək ki, Qaribaşvili ona məlum olan sirləri bölüşməyib və bu hadisələrlə bağlı məlumatı barədə açıqlama verməyib,

“...Qəhrəman əsgərlərimizin böyük qəhrəmanlığı və fədakarlığı fonunda keçmiş Ali Baş Komandan böyük məsuliyyətsizlik nümayiş etdirdi. Xalqımıza, gələcək nəsillərə çoxlu qəhrəmanlıq nümunələri açıldı. Sonra keçmiş Ali Baş Komandanın ən biabırçı davranışını gördük. Yadınızdadırmı, o, qalstuku çeynədi, təyyarənin səsindən qaçdı, yerə yıxıldı və çox böyük biabırçılıq yaşadı ki, bunu təkcə biz yox, bütün dünyanın gördü”, - deyə Qaribaşvili bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə