İrəvanda hərbi geyimlilər etiraz aksiyası keçirib

İrəvanda hərbi geyimlilər etiraz aksiyası keçirib

Ermənistan polisi İrəvanda hökumət binası yaxınlığında Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizinin açılması üçün güc tətbiq etməyə çağıran etirazçıları kütləvi şəkildə saxlamağa başlayıb.

SİA-nın “İnterfaks”dan əldə etdiyi məlumatına görə, həbslər nümayişçilərin hökumət binasına bitişik mərkəzi küçələri bağlamağa başlamasından sonra başlayıb.

Beləliklə, çərşənbə axşamı səhər saatlarında hərbi geyimli bir neçə yüz nəfər Ermənistan hökumətinin binası yaxınlığında toplaşaraq, respublikanın hakimiyyət orqanlarından humanitar yüklərin çatdırılması üçün Laçın dəhlizinin açılması üçün tədbirlər görməyi tələb ediblər.

Onlar bu problemin həlli üçün güc tətbiq etməyə çağırıblar. Qeyd edilir ki, aksiyanın təşkilatçısı özünü “səlibçilər dəstəsinin başçısı” kimi təqdim edən erməni fəalı Sarqis Poqosyandır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə