Litva Belarusla sərhəddə hərbi mövcudluğunu gücləndirəcək

Litva Belarusla sərhəddə hərbi mövcudluğunu gücləndirəcək

...Daxili İşlər Nazirliyi və Litva Sərhəd Xidməti Belarusla sərhədə əlavə qüvvələr göndərəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin komandiri Rüstəm Lyubayev bildirib.

“Biz Daxili İşlər Nazirliyi ilə birlikdə indi Belarusla sərhəddə imkanlarımızı artırmaq, yəni əlavə işçilər ayırmaq imkanlarını nəzərdən keçiririk” – deyən Lyubayev, bununla bağlı müvafiq qərarların qəbul edildiyini də bildirib.

...Hazırda Belarus və Rusiya Federasiyası ilə dövlət sərhədində vəziyyət gərgin vəziyyət hökm sürür. “Vaqner” muzdlularının hazırda Belarusda yerləşdirildiyini nəzərə alsaq, təxribatların baş vermə ehtimalı yüksəkdir, lakin hazırda Belarus və Rusiya Federasiyası ilə sərhəddə heç bir xüsusi təxribat və ya əlavə fəaliyyət müşahidə etmirik.

“İnterfaks” xəbər verir ki, Lyubayev, “Vaqner” muzdlularının da iştirak etdiyi Litva sərhədləri yaxınlığında keçirilən hərbi təlimlərin “böyük miqyaslı olmadığı kimi, ciddi təhlükə də törətmədiyini deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə