Son altı ayda rusların federal büdcəsi kəsirlə icra edilib

...Ruslar da, onlara qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, rus iqtisadiyyatının dünyanı “tozanaqda qoyduğundan” yazırlar
Son altı ayda rusların federal büdcəsi kəsirlə icra edilib

...Yanvar-iyul aylarında Rusiya Federasiyasının federal büdcəsi Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, 2,817 trilyon rubl kəsirlə icra edilib. Nazirlik yenidən kəsirin/profisitin ÜDM-ə nisbəti ilə bağlı öz hesablamalarını dərc etməyə qayıdıb. Beləliklə - yeddi ay ərzində kəsir ÜDM-in 1,8 faizini təşkil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” yazır.

Qeyd edək ki, sonuncu dəfə Maliyyə Nazirliyi doqquz aylıq fasilədən sonra 2021-ci ilin iyun ayında ÜDM-in həcminə nisbətdə kəsirin/profisitinin ölçüsünü təxmin edib. Lakin bundan sonra o, yenidən bu işi dayandırıb.

Ümumilikdə, 2023-cü ilə təxminən 2,9 trilyon rubl və ya ÜDM-in 2 faizi həcmində kəsir nəzərdə tutulur. Bununla belə, Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanovun sözlərinə görə, ilin sonuna onun həcmi ÜDM-in 2-2,5 faizinə çata bilər.

Onu da qeyd edək ki, yeddi ay ərzində büdcə gəlirləri 14,525 trilyon rubl təşkil edib ki, bu da ötən ilin analoji dövrünün gəlirlərindən 7,9 faiz azdır.

...Ruslar da, onlara qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, rus iqtisadiyyatının dünyanı “tozanaqda qoyduğundan” yazırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə