...Deyirəm elə rusların da güvəndiyi dağlar, sizə də qar yağarmış?..
...Bu arada İtaliya Belarus və Rusiya vətəndaşları üçün investisiyalar müqabilində ölkədə yaşamaq icazəsi almaq üçün nəzərdə tutulmuş İtaliyaya İnvestor Viza proqramını dayandırıb.
SİA-nın rus saytlarından əldə etdiyi xəbərə görə, çərşənbə axşamı, avqustun 8-də, bu barərə Made in Italy" saytında məlumat yerləşdirilib.
“Avropa İttifaqının C (2022) 2028 tövsiyəsinə uyğun olaraq, komitə (nazirlik) sədrinin 14.07.2023-cü il tarixli əmri ilə Rusiya və Belarus vətəndaşları üçün proqramın dayandırılması barədə sizə məlumat veririk”.
Qeyd edək ki, 2017-ci ildən İtaliya Avropa İttifaqına daxil olmayan vətəndaşlara “qızıl viza” verən hökumət proqramına başlatmışdı.
Rusların indi “qondarma” adlandırdığı bu proqrama uyğun olaraq, ölkə iqtisadiyyatına böyük töhfə vermiş investor, eləcə də ailəsi İtaliyada yaşamaq icazəsi almaq imkanı əldə edirdi.
Xatırladaq ki, bundan əvvəl Britaniya hökumətinin də Belarusa qarşı sanksiyaları genişləndirdiyi məlum olub. Bundan əlavə, SİA-nın bir az ğncə xəbər verdiyi kimi, Belarusun 6 müəssisəsi “qara siyahı”ya daxil edilib. Söhbət optoelektron məhsulların istehsalı ilə məşğul olan müəssisələrdən - BelOMO, ASC Peleng və ASC Kidma Tech-dan gedir.
Deyirəm bunlar düzələn seylərdir, amma Vladimir Rudolfoviç Solovyovun İtaliyadakı villasının aqibəti hələ də qaranlıq olaraq qalmaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB