...Bu gün səhər Ramzan Kadırov onunla bağlı deyilənlərin “ağ yalan” olduğunu demək istəyib, amma deməyib.
Sonradan özünü saxlamayıb, rusların başlatdığı xüsusi hərbi əməliyyat dövrü ərzində Çeçenistandan döyüş bölgəsinə 29.000-dən çox döyüşçü göndərildiyini bildirib ki, bunların da guya 13.000-i könüllü, yəni öz arzu-istəkləri ilə gedənlərdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublikanın başçısı Ramzan Kadırov özünün Teleqram kanalında xüsusi hərbi əməliyyatın aparılması üzrə regional qərargahın rəhbəri Maqomed Daudovun məlumatlarına istinadən bildirib.
Kadırovun sözlərinə görə, hazırda xüsusi əməliyyat zonasına Çeçenistandan olan yeddi mindən çox döyüşçü vuruşur.
Çeçenistan rəhbəri onların ən ön cəbhə xəttində vuruşduqlarını xüsusi qeyd edib.
Kadırov hazırda Müdafiə Nazirliyinin tabeliyində respublikada üç batalyon və üç alay da yaradıldığını da bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Kadırovun anasını “Şərəf” ordeni ilə təltif edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB