Avropa ölkələri Ukraynanın ehtiyat qazından istifadə etməyə başladılar
Avropa şirkətləri öz qaz ehtiyatları üçün Ukraynadakı anbarlardan istifadə etməyə başlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, Reuters bu barədə üç treyder və şirkət nümayəndələrinə istinadən xəbər verir.
Beləliklə, qurumun həmsöhbətlərinin sözlərinə görə, bu, ölkədə mövcud olan, həm də daha ucuz olan anbar tutumlarından istifadə etmək üçün edilir. Qeyd olunur ki, Rusiyadan tədarükün azalmasından sonra Avropa ölkələri qış ərəfəsində anbarları maksimum dərəcədə doldurmağa çalışır. Bundan əlavə, şirkətlər 2024-cü ilin birinci rübündə qiymətlərin 1,5 dəfə artacağından ehtiyat edərək daha çox qaz almağa çalışırlar.
Qeyd edək ki, Çexiyanın “EPH Group” enerji şirkətinin rəhbərlərindən biri Miroslav Qaşko, Ukraynaya qaz nəqli və bu ölkənin ərazisindəki anbarlardan istifadəni Kiyevə “etimad əlaməti” kimi dəyərləndirib(?).
Qaşkonun sözlərinə görə, “...onlar indiki çox çətin vəziyyətdə belə özlərini yaxşı tərəfdən göstərdilər”.
Yeri gəlmişkən, “Ukrtransqaz” xarici ticarətçilərin komplekslərinə marağına müsbət münasibət bəslədiklərini bəyan edib.
Xatırladaq ki, ümumi həcmi təxminən 10 milyard kubmetr olan anbarlar döyüş zonasından uzaqda yerləşir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB