Böyük Britaniya avqustun 8-də Rusiyanın müdafiə sektorunu məhdudlaşdırmaq və Ukraynaya müdaxilə ilə əlaqədar onun xarici hərbi texnikaya çıxışını əngəlləmək üçün sanksiya siyahılarını genişləndirdiyini elan edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Belarus, İran, Türkiyə, Dubay, Slovakiya və İsveçrədəki fiziki və hüquqi şəxslər yeni məhdudiyyətlərə məruz qalıb.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli əlavə sanksiyaları mühüm mərhələ adlandırıb. Onun sözlərinə görə, bu addımlar Rusiyanın arsenalını daha da azaldacaq və Vladimir Putinin müdafiə sənayesini dəstəkləyən təchizat zəncirlərinə təsir edəcək.
Döyüş meydanında istifadə olunan hərbi texnika üçün elektron komponentləri idxal edən Rusiyanın üç şirkətinə qarşı ümumilikdə 25 yeni sanksiya elan edilib.
Böyük Britaniyada qara siyahıya düşənlər arasında iranlı dron istehsalçısı “Paravar Pars” və şirkətin yeddi top meneceri, həmçinin Türkiyədə yerləşən iki mikroelektronika ixracatçısı var. Belarus müəssisələrindən Orşa təyyarə təmiri zavodu və Borisovdakı 2566 elektron silah təmiri zavodu sanksiyalara məruz qalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB