Hindistanın Madhya-Pradeş əyalətində şəlalənin sahilində olan avtomobil qızını xilas etməyə çalışan ata ilə birlikdə suya düşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin anlar həvəskar kamerada əks olunarkən, can itkisi olmadan fəlakətin astanasından dönülüb.
13 yaşlı qızını xilas etməyə çalışan ata da sürüşərək şəlalədən aşağı atılıb. Avtomobildə qorxulu anlar yaşayan qızın və suda olan atasının köməyinə ətrafdakılar qaçıb. Həmin anlar həvəskar kameraya əks olunarkən ata-qızın sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.
"Maşın şəlalə hovuzunun çox yaxınlığında park edilib", - deyə polisin açıqlamasında bildirilir. Avtomobilin baqajının zorla bağlanmasından sonra sürüşməyə başladığı və hovuza düşdüyü öyrənilib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB