Kosovonun müdafiə naziri tutduğu vəzifədən istefa verib

Kosovonun müdafiə naziri tutduğu vəzifədən istefa verib

Kosovanın müdafiə naziri Armend Mehaj ailəvi səbəblərə görə tutduğu vəzifədən istefa verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kosovonun baş naziri Albin Kurti sosial media hesabında Mehajın istefasını qəbul etdiyini açıqlayıb.

Kurti bunları deyib: “Bu gün müdafiə naziri Armend Mehajın tələbi ilə onun istefasını qəbul etdim. O, ailəvi səbəblərə görə vəzifədən azad edilməsini istəyib. Nazir Mehaja vəzifəyə gəldiyi ilk gündən fasiləsiz işinə, təsirli töhfəsinə, müntəzəm əməkdaşlığına və nümunəvi öhdəliyinə görə təşəkkür etdim”.

Baş nazir Kurti Kosovo Təhlükəsizlik Qüvvələrindən olan polkovnik Ejup Maqedoncinin Mehajın yerinə müdafiə naziri təyin edildiyini açıqlayıb və ona yeni vəzifəsində uğurlar arzulayıb. Mehaj istefa verdiyini də bəyan edərək bildirib: “Müdafiə naziri olaraq inanılmaz bir səyahətdən sonra hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Ölkəmizin təhlükəsizliyini təmin etmək üçün fədakar həmkarlarımızla işləmək şərəf idi”.

Bütün xəbərlər Facebook səhifəmizdə