Marketlərdə istifadə edilən gizli üsul üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, meyvə və tərəvəzlərinizin xarab olmamasını istəyirsinizsə bu addımları atmaq faydalı olacaq.
Xüsusilə yay aylarında daha çox rast gəlinən meyvə və tərəvəzlərin çürüməsini qısa zamanda dayandıra bilərsiniz. Meyvə və tərəvəzlərdə çürümənin qarşısını almaq üçün istifadə edəcəyiniz bu üsul üçün sizə lazım olan tək şey qab süngəridir.
Qab süngəri nəm uducu quruluşu ilə meyvə və tərəvəzlərin çürüməsinə səbəb olan nəmi yox edir. Etməli olduğunuz şey meyvə və tərəvəzləri qoyduğunuz yerdə istifadə olunmamış, təmiz süngər buraxmaqdır. Meyvə və tərəvəzlərin soyuducuda saxlandığı rəfdə qoyduğunuz süngər mövcud nəmi özünə çəkir və meyvə və tərəvəzlərin uzun müddət sağlam qalmasına kömək edir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB