Dünyanın ən bahalı ədviyyatı torpağa verildi - FOTOLAR

Dünyanın ən bahalı ədviyyatı torpağa verildi - FOTOLAR

YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Karabükün Safranbolu mahalı ilə eyniləşdirilən boya, qida, kosmetika, tibb və qida sənayesi kimi bir çox sahədə istifadə edilən zəfəran soğanı torpağa əkilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəfəranın bu il kilosunun 250 min lirədən satılacağı gözlənilir.

Avqust ayında becərilən, oktyabr və noyabr aylarında 15-30 santimetr uzunluğa çatdıqda yığılan, çəkisinin 100 min mislini sarıya boyaya bilən, 80 min güldən cəmi 500 qram istehsal olunan zəfəran "dünyanın ən bahalı ədviyyatı" olaraq adlandırılır.

3,5 il əvvəl Kastamonudan Safranboluya gələn Şaban Saymaz 2,5 hektar sahədə əkdiyi zəfərandan 2 tondan çox soğan alıb. Bu il əkin sahəsini 11 dekara çatdıran Saymaz zəfəran əkməyə başlayıb.

Saymaz deyir ki, "3,5 il əvvəl Safranboluya gəldik. Əvvəlcə 2400 badam əkdik. Ondan sonra "zəfəran əkək" dedik. 2 il əvvəl 2,5 hektar yerə zəfəran əkdik. Bu il əkdiyimiz zəfəranı çıxardıq və 2 tondan çox zəfəran soğanımız var. İndi isə onu əkməyə çalışırıq.

Hazırda 9 işçimiz işləyir, daha bir həftə proses çəkəcək. Biz indi 5 dekar ərazidəyik, bu yer bitir, daha 6 dekar var və o tərəfə keçəcəyik. Ümumilikdə 11 dekar olacaq. Bu il yeni əkdiyimiz üçün 1 kq-a yaxın zəfəran alacağıq, ikinci ildə isə 3 kq alacağıq.

İşçi tapmaq çətindir. Bu il soğanın qiyməti kiçik, orta və iri ölçüdə, 550 lirəyə qədər satılır. Soğanın kilosu 550 lirədir, zəfəranın isə qramı 200-250 lirəyə qalxır”.

Saymaz, "1 kilo zəfəran 250 min lirə edir" söyləyib: "Keçən il 150 min lirə idi, bu il 250-dən az deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə