İngiltərədə “Covid-19”un yeni növü yayılıb

İngiltərədə “Covid-19”un yeni növü yayılıb

"Covid-19”un yeni növü "Eris” in İngiltərədə yayıldığı açıqlanıb. SİA xəbər verir ki, məlumatı Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi açıqlayıb.

Mütəxəssislər ölkədə "Covid-19” un yeni növünə yoluxma hallarının artmasının iyulun 21-də Barbie və Oppenheimer filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axını ilə bağlı ola biləcəyini irəli sürüblər. Səlahiyyətlilər vəziyyəti yaxından izlədiklərini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə