Ruslar zibillərini Ukraynaya daşıyırlar?

Ruslar zibillərini Ukraynaya daşıyırlar?

Rusiya hökuməti Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəsaitlərin mənimsənilməsi üçün daha bir korrupsiya sxemi hazırlayıb. İşğalçılar Ukrayna torpağını Rusiyadan gələn nəhəng zibilliyə çevirmək qərarına gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, işğalçı ölkənin hökuməti ixtisaslaşdırılmış texnikanın alınması və təchizatının subsidiyalaşdırılması haqqında fərman dərc edib.

Sənədə əsasən, Moskva müvəqqəti işğal altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindəki zibilxanaların təchiz edilməsinə 1,3 milyard rubl xərcləməyi planlaşdırır. Əslində, işğalçılar müvəqqəti olaraq işğal altında olan Ukrayna ərazilərini Rusiya üçün zibilxanaya çevirmək istəyirlər. Onlar Rusiya Federasiyasının ərazisindən tullantıları ora aparmağı planlaşdırırlar.

Onu da qeyd edək ki, bu Ukrayna tərəfinin iddiasıdır.

...Elan edilən 1,3 milyard rublun zibil qablarına və xüsusi avadanlıqlara xərcləndiyi güman edilir. Bununla belə, Müqavimət Mərkəzində qeyd olunduğu kimi, əslində ruslar Ukraynanın kommunal xidmətlərindən oğurlanmış avadanlıq və mexanizmlərdən işğal olunmuş ərazilərdə istifadə edəcəklər. Eyni zamanda, yuxarıda qeyd olunan vəsaitlər Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustinin şəxsən nəzarət etdiyi ön şirkətlər vasitəsilə yuyulacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə