İran əsilli amerikalı “casusluq ittihamı ilə” həbs edilib.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xorasan qəzeti məlumat yayıb.
Qeyd olunub ki, iran əsilli amerikalı “casusluq ittihamı ilə” həbs edilib.
Bununla da İrandakı ABŞ məhbuslarının sayı 5-ə çatıb.
Məlumata görə, həmin şəxs əvvəllər Əfqanıstanda qeyri-hökumət təşkilatlarında işləmiş iran əsilli amerikalı qadındır.
Bildirilib ki, o bir neçə həftə əvvəl İranda həbs edilib və Vaşinqton Tehranla məhbus mübadiləsi sazişinin icrasını o azad olunana qədər dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB