"Sözügedən hərəkət heç bir üçüncü tərəfi hədəf almayıb"

“The Wall Street Journal”ın (WSJ) xəbərinə görə ...
"Sözügedən hərəkət heç bir üçüncü tərəfi hədəf almayıb"

Rusiya və Çin keçən həftə ABŞ-ın Alyaska əyalətinə yaxın beynəlxalq sularda birgə hərbi patrul xidməti həyata keçirmişdi.

“The Wall Street Journal”ın xəbərinə görə, ABŞ Şimal Qüvvələri Komandanlığı (NORTHCOM) Çin və Rusiyaya məxsus patrulun beynəlxalq sularda qaldığını və ABŞ tərəfindən təhdid hesab edilmədiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

“The Wall Street Journal” ABŞ rəsmisinə istinadən yazıb ki, Alyaska yaxınlığındakı beynəlxalq sularda aparılan patrul zamanı Çin və Rusiyaya məxsus 11 gəmidən ibarət donanma ABŞ-ın 4 esminesi və 1 “P-8 Poseidon” tipli dəniz patrul təyyarəsi tərəfindən yaxından izlənilib.

Mövzu ilə bağlı Çinin ABŞ səfirliyindən verilən açıqlamada da "Sözügedən hərəkət heç bir üçüncü tərəfi hədəf almayıb" yazılıb.

Xatırladaq ki, ABŞ Hind-Sakit Okean Qüvvələrinin (İNDO-PACOM) komandanı, admiral Con C.Aquilino iyul ayında Aspen Təhlükəsizlik Forumunda "Çin və Rusiyanın birgə hərbi təlimləri və əməliyyatları artıb. Mən onların əməkdaşlığının güclənəcəyini proqnozlaşdırıram və bu narahatlıq doğurur" demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə