Estoniya Litva və Latviyadan fərqli olaraq rusları ölkədən qovmur...
Estoniya Latviya və Litvadan fərqli olaraq, “humanistlik göstəri” Rusiya vətəndaşlarını ölkədən çıxarmayacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Lauri Lanemets məlumat verib.
Estoniya Rusiya Federasiyası və Belarus vətəndaşları üçün xüsusi sorğu vərəqələrinin yaradılması kimi tədbiri qeyri-işlək hesab edib.
“Əslində bu, təhlükəli ola biləcək insanların real mənzərəsini vermir. Bu insanlar yalan danışmağı və sorğu vərəqəsində eşitmək və ya görmək istədiyimiz kimi cavab verməyi çox yaxşı bacarırlar”, - deyə Daxili İşlər Nazirliyinin rəisi bildirib.
O qeyd edib ki, Estoniya dil bilikləri tələblərində heç bir dəyişiklik planlaşdırmır. Nazir əlavə edib ki, bu, yaşayış icazəsinin uzadılması zamanı artıq qiymətləndirilir. Onun sözlərinə görə, təhlükəsizliyə təhlükə yaradan rusiyapərəst şəxslər Mühafizə Polisi tərəfindən tapılacaq.
Xatırladaq ki, bir müddət bundan əvvəl Latviya 5-6 min Rusiya vətəndaşının yaşayış icazəsini ləğv etmək qərarına gəlib. Belə ki, onlardan Latviyanı tərk etmək tələb olunacaq.
Litva hakimiyyəti isə 910 Belarus və 254 Rusiya vətəndaşını ölkənin milli təhlükəsizliyinə təhdid kimi tanıyıb və onları ölkədən çıxarmaq qərarına gəlib.
Bundan əlavə, Litva hakimiyyəti Litva vizası və ya yaşamaq icazəsi almaq istəyən ruslar və belaruslar üçün Ukraynada baş verənlərə münasibət bildirməli olan xüsusi sorğu vərəqəsi hazırlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB