Moskva vilayətində, şəxsi bağçaların birində ilan sancmış beş yaşlı uşağın həyatını xilas ediblər. Hazırda zərərçəkmiş reanimasiya şöbəsinə yerləşdirilib.
SİA REN TV-yə istinadən xəbər verir ki, hadisə şənbə günü axşam, avqustun 5-də Balaşixadakı Drujba SNT-də baş verib. Zəhərli ilan uşağın ayağından dişləyib. Hazırda sürünənlərin hücumunun bütün şərtləri dəqiqləşdirilir.
Qeyd edək ki, hazırda həkimlər yaralı oğlanın həyatı üçün mübarizə aparır.
Onu da qeyd edək ki, Rusiyanın şəhər və qəsəbələrində yayın istisinin gəlməsi ilə ilanlar daha çox yayılıb. Belə ki, bu yaxınlarda yarım metrlik ilanın Moskvadakı uşaq bağçalarından birinin həyətində görüntülənib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB