İran ABŞ-ın bölgəyə qoşun yeritmək qərarına reaksiya verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında bildirib...
İran ABŞ-ın bölgəyə qoşun yeritmək qərarına reaksiya verdi

İran ABŞ-ın ticarət gəmilərini qorumaq üçün bölgəyə qoşun yeritmək qərarına reaksiya verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında bildirib: “Fars körfəzi və Ərəb dənizində naviqasiya təhlükəsizliyi İranın prioritetlərindən biridir. Fars körfəzi ilə həmsərhəd ölkələr arasında birgə əməkdaşlıq çərçivəsində bölgədə təhlükəsizlik təmin edilməlidir. Xarici qüvvələrin mövcudluğu əmin-amanlığı təhlükə altına atır”.

Xatırladaq ki, iyulun 10-da Virciniya ştatından yola düşən “USS Bataan” amfibiya, "USS Cartel Hall" desant gəmiləri və təxminən 3 min əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu ilə 6 avqustda Qırmızı dənizə çatıb. ABŞ-ın 5-ci donanması bölgədəki dəniz imkanlarını növbəti əsgər və gəmilərinin gəlməsi ilə artırmaq niyyətindədir. Sözügedən addım İranın Fars körfəzindəki ticarət gəmilərinə müdaxiləsindən sonra atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə