Moskvanın Basmannı Məhkəməsi yazıçı Dmitri Qluxovskini ordu haqqında qondarma saxtakarlıq işi üzrə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.
“Mediazona”nın yazdığına görə, guya yazıçı dəfələrlə Ukraynadakı müharibəni pisləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ittiham tərəfi yazıçı üçün 9 il istəyirmiş.
Qeyd edək ki, yazıçıya qarşı ifadələri müharibə tərəfdarı “NewsFront” xəbər agentliyinin əməkdaşı Yuliya Lozanova və “Mouth of Moscow” saytının və ANO-nun Təhlükəsizlik Problemləri üzrə Analitik Mərkəzinin redaktoru İvan Klimov veriblər.
Qluxovskinin vəkili Veronika Polyakova yazıçının təqibini siyasi adlandırıb və ona qarşı irəli sürülən ittiham qanunun normalarına uyğun gəlmədiyini bəyan edib. Buna görə də o, bəraət hökmünün çıxarılmasını istəyib.
Xatırladaq ki, Qluxovskiyə qarşı cinayət işi fevralda məhkəməyə verilib. Müstəntiqlərin fikrincə, 2022-ci ilin mart-may ayları arasında Rusiyadan kənarda olarkən, Qluxovski sosial şəbəkələrdə Rusiya hərbçilərinin Ukraynadakı hərəkətləri haqqında bilərəkdən yalan məlumatlar olan mətn yazıları və videolar yerləşdirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB