Əfqanıstan 67 vaqon neft çənini Özbəkistana geri göndərib

Əfqanıstan 67 vaqon neft çənini Özbəkistana geri göndərib

Əfqanıstan Milli Standartlar Təşkilatının X sosial şəbəkəsində verdiyi məlumata görə, Əfqanıstan 67 dəmir yolu neft çənini Özbəkistana qaytarıb. Taliban rəsmiləri bunun keyfiyyətsiz olduğunu bildiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, Əfqanıstan Milli Standartlar Təşkilatı tarixində bu ilk belə haldır.

Əfqan rəsmiləri əlavə edib ki, hazırda ölkə keyfiyyətsiz yanacaq və neftin idxalının qarşısını almaq üçün proqram həyata keçirir.

Yerli media bu xəbərlərlə bağlı “Özbekneftqaz” ASC ilə əlaqə saxlayıb.

“Özbəknefteqaz”ın məlumatına görə, Əfqanıstan Milli Standartlar Təşkilatının yaydığı məlumatın “heç bir əsası yoxdur”.

“Bu xəbərlər əsassızdır. Bu vəziyyətlə bağlı rəsmi məlumat yaxın vaxtlarda dərc olunacaq”.

Qeyd edək ki, özbək mediası bunu “Özbəkneftqaz”ın nümayəndəsindən sitat gətirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə