Uralda qadını ildırım vurması nəticəsində ölüb.
SİA “E1” portalına istinadən xəbər verir ki, hadisə Sverdlovsk vilayətinin Lesnoy şəhərində baş verib.
Belə ki, qadın yağan yağışdan daldalanmaq üçün ağaç altına sığınıbmış.
Mərhumun şəxsiyyəti müəyyən edilib - o, 1993-cü il təvəllüdlü Sverdlovsk şəhərinin Nijnyaya Tura sakinidir.
Qeyd edək ki, o, Moskvadan qohumlarının yanına gəlmiş baçısı ilə bir yerdəymiş.
Faciə də o, bacısı ilə şəhər kənarındakı parkda “sağlamlıq yolu” ilə gedərkən baş verib. Güclü leysan başlayanda bacılar ağacın altında gizləndilər.
Onu ildırım vurub, nəticədə 30 yaşlı qadın yerindəcə keçinib, bacısı isə huşunu itirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB