ABŞ dəniz donanması Yaxın Şərqə çatdı

ABŞ Hərbi Dəniz Donanması Mərkəzi Komandanlığından verilən yazılı məlumata görə...
ABŞ dəniz donanması Yaxın Şərqə çatdı

Amerika Birləşmiş Ştatlarının göndərdiyi, 3000-dən çox əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu döyüş gəmilərilə Yaxın Şərqə çatıb.

ABŞ Hərbi Dəniz Donanması Mərkəzi Komandanlığından verilən yazılı məlumata görə, iyulun 10-da Virciniya ştatından yola düşən “USS Bataan” amfibiya, "USS Cartel Hall" desant gəmiləri və təxminən 3 min əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupu ilə 6 avqustda Qırmızı dənizə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın 5-ci donanması bölgədəki dəniz imkanlarını növbəti əsgər və gəmilərinin gəlməsi ilə artıracaq.

Xatırladaq ki, iyulun 21-də ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Yaxın Şərqə amfibiya gəmisi və ekspedisiya əməliyyat qrupu göndərilməsini təsdiqlədiyi və gəmilərin yolda olduğu bildirilmişdi. Sözügedən addım İranın Fars körfəzindəki ticarət gəmilərinə müdaxiləsindən sonra atılıb.

ABŞ İranın iyulun əvvəlində Hörmüz boğazında iki neft tankerini ələ keçirməyə cəhd etmiş və gəmiyə atəş açmışdı.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iyulun 17-də bildirdi ki, İranın Fars körfəzi və ətrafındakı ticarət gəmilərini ələ keçirmək cəhdlərindən sonra bölgəyə “USS Thomas Hudner” esminesi və “F-35” döyüş təyyarələrinin göndərilməsinə qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə