"Münaqişələr insanların sağlamlığına birbaşa təsir göstərir"

Tedros Qebreyesus Efiopiyadakı qarşıdurmalardan narahatlığını dilə gətirib
"Münaqişələr insanların sağlamlığına birbaşa təsir göstərir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Efiopiyanın ikinci ən çox əhalisi olan bölgəsi Amharada davam edən qarşıdurmalardan narahat olduqlarını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Qebreyesus əvvəllər "Twitter" olan "X" sosial media platformasında Amharadakı qarşıdurmalar haqqında paylaşım edib.

"ÜST Efiopiyanın ikinci ən çox əhalisi olan bölgəsi Amharada davam edən zorakılıqdan narahatdır" Qebreyesus bildirib. Onun sözlərinə görə, yolların bağlanması və internetin müvəqqəti dayandırılması səbəbindən humanitar yardımların əldə edilməsində çətinliklər yaranıb.

Baş katib "Münaqişələr insanların sağlamlığına birbaşa təsir göstərir. Bu, səhiyyə sistemləri üçün ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər" deyib.

Amharada sağlamlıq xidmətlərinə fasiləsiz çıxış və qorunmağa çağıran Qebreyesus ÜST və tərəfdaşlarının işlərini davam etdirə biləcəyini söylədi.

Qeyd edək ki, Amhara bölgəsində ordu ilə yerli milislər arasında toqquşmaların şiddətlənməsindən sonra Efiopiyada federal hökumət avqustun 4-də fövqəladə vəziyyət elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə