Rusiya SQ Xarkovu atəşə tutub - ölənlər və yaralananlar var

Rusiya SQ Xarkovu atəşə tutub - ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri (SQ) Xarkov vilayətinin Kuçerovka kəndini atəşə tutub. SİA “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, Rusiya SQ-nin Kupyansk rayonunun Kuçerovka kəndini atəşə tutması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə